Esence və Munzur dağlarının zirvələrinə mövsümün ilk qarı yağıb
Türkiyənin Ərzincan vilayətində Esence və Munzur dağlarının zirvələrinə cari mövsümün ilk qarı yağıb. Axşam leyşanı yüksək dağlıq ərazilərdə qara çevrilib.

Türkiyənin Ərzincan vilayətində Esence və Munzur dağlarının zirvələri mövsümün ilk qarı ilə örtülüb. Şəhərdə axşam yağan güclü yağış bir müddət sonra yüksək dağlıq ərazilərdə qara çevrilib.
Hündürlüyü 3258 metr olan Munzur dağı Ərzincanın cənubunda, hündürlüyü 3549 metr olan Esence dağı isə şəhərin şimalında yerləşir.
Üzümlü rayonunun mərkəzindən görünən qarlı və dumanla örtülmüş zirvələr göz oxşayan mənzərələr yaradıb.
Mənbə: cnnturk.com





