Vali Mustafa Masatlının sədrliyi ilə investisiya toplantıları keçirilib
F4Media.az-ın Türkiyədəki xüsusi müxbiri Hüseyn ZORKUN-un verdiyi xəbərə görə, Hatay valisi Mustafa Masatlının sədrliyi ilə vilayətin müxtəlif qurumlarının investisiya layihələri ilə bağlı qiymətləndirmə toplantıları keçirilib.

Toplantılarda Hatay İl Müftülüyü, Gənclər və İdman İl Müdirliyi və İl Səhiyyə Müdirliyinin həyata keçirdiyi investisiya layihələrinin hazırkı vəziyyəti müzakirə olunub.
6 fevral zəlzələlərindən sonra Hatayın yenidən qurulması, bərpası və şəhərsalma prosesləri çərçivəsində həyata keçirilən layihələrin gedişi nəzərdən keçirilib.
Davam edən işlərlə yanaşı, planlaşdırılan yeni investisiyalar da müzakirə olunub, layihələrin hazırkı mərhələsi və qarşıdakı dövrdə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb.