29 sentyabr 2026 Bakı — USD 1.70EUR 1.9312-0.0045TRY 0.03470100×RUB 2.0118-0.0027
media.az
Tehsil 3

“Gənclər gələcəyin peşələrinə hazırlaşacaq – “Yeni Yol”un layihəsi qalib seçildi”.

Bu təşəbbüsün əsas prioriteti gənc nəslin yeni dövrün əmək bazarındakı tendensiyalarla yaxından tanış edilməsi və onlara müasir standartlara cavab verən praktiki bacarıqların aşılanmasıdır.

Qurban Qurbanzadə1 dəq oxunuş
Mətn ölçüsü
Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən elan olunmuş “Gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi” çərçivəsində “Yeni Yol” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin təqdim etdiyi “Gələcəyin Peşələri və Bacarıqlar Akademiyası” layihəsi qalib seçilərək maliyyə dəstəyi qazanıb.
Tehsil 3 — F4Media
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — F4Media səsləndirir

Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən elan olunmuş “Gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi” çərçivəsində “Yeni Yol” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin təqdim etdiyi “Gələcəyin Peşələri və Bacarıqlar Akademiyası” layihəsi qalib seçilərək maliyyə dəstəyi qazanıb.
Bu təşəbbüsün əsas prioriteti gənc nəslin yeni dövrün əmək bazarındakı tendensiyalarla yaxından tanış edilməsi və onlara müasir standartlara cavab verən praktiki bacarıqların aşılanmasıdır.
Təlim və maarifləndirmə proqramı çərçivəsində gənclərə süni intellekt texnologiyaları, data analitikası, rəqəmsal savadlılıq və innovativ həllərin tətbiqi istiqamətində biliklər veriləcək. Eyni zamanda, iştirakçıların gələcək karyera imkanlarını düzgün qiymətləndirmələri və rəqabətədavamlı kadr kimi formalaşmaları üçün peşəkar yönümlü fəaliyyətlər həyata keçiriləcək.
İcra olunacaq layihə gənclərin rəqəmsal mühitə inteqrasiyasını sürətləndirməklə yanaşı, onların şəxsi və peşəkar inkişafına mühüm töhfə verəcəkdir.
“Yeni Yol” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi gənclərin inkişafına yönəlmiş təşəbbüslərə yaradılan şəraitə və göstərilən dəstəyə görə Azərbaycan Respublikasının Gənclər Fonduna minnətdarlığını bildirir.

Paylaş

Oxşar materiallar

Hamısına bax
“Gənclər gələcəyin peşələrinə hazırlaşacaq – “Yeni Yol”un layihəsi qalib seçildi”.F4Media səsləndirməsi