Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistanın birgə təlimlərinin yüksək səviyyəli müşahidəçilər günü keçirilir
1 oktyabr 2026-cı ildə Xocavənd rayonunda yerləşən Qızılqaya təlim mərkəzində Azərbaycan, Türkiyə və Özbəkistanın «Birliyin Gücü – 2026» birgə hərbi təlimlərinin «Yüksək səviyyəli müşahidəçilər günü» keçirilir.

Müdafiə Nazirliyinin məlumatına görə, təlim mərkəzinə Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbərləri, həmçinin iştirakçı və müşahidəçi ölkələrin müdafiə nazirləri, baş qərargah rəisləri, digər yüksək səviyyəli qonaqlar və yerli və xarici KİV nümayəndələri gəliblər.
Qonaqlar təlimlər çərçivəsində təşkil olunmuş sərgiyə baxıblar. Sərgidə Azərbaycan Ordusunun bu yaxınlarda silahlanmaya qəbul etdiyi və təlimlərin gedişində istifadə olunan yeni silah və texnika nümunələri, həmçinin pilotsuz sistemlər, aviasiya vasitələri və digər xüsusi hərbi avadanlıq nümayiş etdirilib.
Bundan sonra yüksək səviyyəli qonaqlar təlimlərin növbəti mərhələlərini və praktiki fəaliyyətlərini müşahidə edirlər.
Mənbə: apa.az