Məşhur teleekstrasens Anatoli Kaşpirovski 87 yaşında vəfat edib
Yenidənqurma dövrünün teleekstrasensi kimi tanınan Anatoli Kaşpirovski 87 yaşında vəfat edib. Ölüm xəbərini Andrey Malaxovun Telegram kanalı yayıb.

1980-ci illərin sonu və 1990-cı illərdə televiziya seansları ilə məşhurlaşan psixoterapevt Anatoli Kaşpirovski 87 yaşında vəfat edib.
Rusiya mediasının məlumatına görə, Kaşpirovskinin ürəyi dayanıb. Yaxınları təcili yardım çağırsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Ölüm xəbəri Andrey Malaxovun Telegram kanalında da yayımlanıb.
Televiziya seansları ilə məşhurlaşmışdı
Kaşpirovski yenidənqurma dövrünün ən çox müzakirə olunan simalarından birinə çevrilmişdi. 1980-ci illərin sonunda televiziya vasitəsilə keçirdiyi kütləvi seanslarda hipnoz və müxtəlif “müalicə” üsullarını nümayiş etdirirdi. Bu proqramlar milyonlarla tamaşaçı tərəfindən izlənilirdi.
1990-cı illərin əvvəllərində ABŞ-a köçən Kaşpirovski sonrakı illərdə Rusiyaya qayıdıb. O, burada müxtəlif görüşlər keçirir və özünün “qurğuladığı” suyu satırdı.
Ötən il xəstəxanaya yerləşdirilmişdi
Kaşpirovski 2025-ci ilin oktyabrında Moskvada səhhətində yaranan ağırlaşmalar səbəbindən təcili xəstəxanaya yerləşdirilmişdi. Rusiya mediasının məlumatına görə, həmin dövrdə ona onkoloji xəstəliklə əlaqədar radioterapiya tətbiq olunurdu.
Mənbə: kz.kursiv.media





