8 oktyabr 2026 Bakı — USD 1.70EUR 1.9095+0.0026TRY 0.03460100×RUB 1.9963-0.0069
media.az
Dünya

Tbilisinin mərkəzi “Tbilisoba” şənliyinə görə bağlanıb

Tbilisidə "Tbilisoba 2026" şəhər günü şənliyi başlayıb. Şəhərin mərkəzində hərəkət qismən məhdudlaşdırılıb, bəzi küçələr oktyabrın 6-sı səhərə qədər və oktyabrın 8-i saat 23:30-dək bağlıdır.

Qurban Qurbanzadə1 dəq oxunuş
Mətn ölçüsü
Tbilisi şəhər mərkəzində bağlanmış küçə və hərəkət məhdudiyyəti
Dünya — F4Media
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — F4Media səsləndirir

Gürcüstanın paytaxtı Tbilisidə “Tbilisoba 2026” şəhər günü şənliyi başlayıb. Tədbirlər çərçivəsində şəhərin mərkəzində bir sıra küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Avropa meydanında və Vaxtanq Qorqasali küçəsindən Avropa meydanına qədər olan hissədə hərəkət qismən məhdudlaşdırılıb.

Oktyabrın 6-sı səhərədək Avropa meydanı, Metexi qalxması, Metexi körpüsü, Vino qalxması və həmin istiqamətdə tuneldən çıxışda nəqliyyatın hərəkəti tamamilə dayandırılacaq.

Bundan başqa, oktyabrın 8-i saat 23:30-dək Prezident sarayının qarşısında, Georgi Atneli küçəsində, Vaxtanq Qorqasali küçəsinin Qrişaşvili küçəsi ilə kəsişməyədək olan hissəsində və Qrişaşvili küçəsində Abano I döngəsinədək hərəkət məhdudlaşdırılacaq.

Oktyabrın 5-dək Kosta Xetaqurov küçəsində də müvəqqəti nəqliyyat məhdudiyyəti tətbiq olunacaq. Məhdudiyyət “Vissol” yanacaqdoldurma məntəqəsindən Xetaqurov və Quram Saqaradze küçələrinin kəsişməsinə qədər olan hissəni əhatə edir.

Paylaş

Oxşar materiallar

Hamısına bax
Tbilisinin mərkəzi “Tbilisoba” şənliyinə görə bağlanıbF4Media səsləndirməsi