Bakıda Almaniya–Azərbaycan strateji tərəfdaşlıq və əlaqələr konfransı keçirilir
6 oktyabr 2026-cı il tarixində Bakıda Almaniya–Azərbaycan strateji tərəfdaşlıq və əlaqələr konfransı keçirilir. Tədbirdən fotolar yayımlanıb.

Tədbir “Orta dəhliz boyunca infrastruktur, yaşıl enerji və rəqəmsal rabitə üzrə maliyyə imkanları” mövzusunda təşkil olunub.
Konfransın məqsədi ikitərəfli və regional iqtisadi əməkdaşlığı dərinləşdirmək, həmçinin Azərbaycanda və daha geniş regionda dayanıqlı inkişafı dəstəkləmək üçün Almaniya və Avropa maliyyəsini, texnologiyalarını və ekspertizasını cəlb etməkdir.
Forum Almaniya, Azərbaycan və tərəfdaş ölkələrdən dövlət nümayəndələrini, maliyyə institutlarını, layihə sahiblərini və biznes liderlərini bir araya gətirir.
Tədbir çərçivəsində investisiya imkanları müzakirə olunacaq, həmçinin Orta dəhliz boyunca infrastruktur, enerji keçidi və rəqəmsal rabitə sahələrində strateji layihələrin maliyyələşdirilməsi məsələlərinə baxılır.
Mənbə: apa.az





