9 oktyabr 2026 Bakı — USD 1.70EUR 1.9093+0.0045TRY 0.03450100×RUB 1.9998+0.0115
media.az
Mədəniyyət

Bakıda 10-cu DokuBaku Beynəlxalq Sənədli Film Festivalı keçirilir

Artıq bir neçə gündür ki, Bakıda 10-cu DokuBaku Beynəlxalq Sənədli Film Festivalı keçirilir. Festival 11 oktyabr tarixinə qədər davam edəcək.

İİlhamə Məmmədova1 dəq oxunuş
Mətn ölçüsü
Bakıda 10-cu DokuBaku Beynəlxalq Sənədli Film Festivalı keçirilir
Mədəniyyət — F4Media
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — F4Media səsləndirir

Artıq bir neçə gündür ki, Bakıda 10-cu DokuBaku Beynəlxalq Sənədli Film Festivalı keçirilir. Festival 11 oktyabr tarixinə qədər davam edəcək.

Festival Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kino Agentliyinin dəstəyi və Nizami Kino Mərkəzinin tərəfdaşlığı ilə təşkil olunub.

Bu il “Ulduz sivilizasiyası” (Stellar Civilization) mövzusu ətrafında keçirilən festival sənədli kino həvəskarlarını bir araya gətirib. Tədbir çərçivəsində tamaşaçılara fərqli mövzuları, insan hekayələrini və dünyaya müxtəlif baxışları əks etdirən sənədli filmlər təqdim olunub.

Sənədli kino sahəsində mühüm platformalardan biri olan DokuBaku Beynəlxalq Sənədli Film Festivalı tamaşaçıların dünya kinosunun müxtəlif nümunələri ilə tanış olması, yeni yaradıcı yanaşmaların və aktual mövzuların müzakirəsi baxımından əhəmiyyət daşıyır.

Festival çərçivəsində nümayiş olunacaq filmləri izləmək ödənişsizdir. Kino həvəskarları sənədli filmlərin təqdim etdiyi fərqli hekayələri kəşf etmək və festivalın proqramında iştirak etmək imkanı əldə ediblər.

Paylaş

Oxşar materiallar

Hamısına bax
Mədəniyyət

V Şəki Beynəlxalq Teatr Festivalına yekun vurulub

Festivalın sonuncu günü Özbəkistan Dövlət Gənc Tamaşaçılar Teatrı “Məsxərəboz-Şou” tamaşasını təqdim edib. Özbəkistan Respublikasının Əməkdar artisti Malika İskandarovanın quruluş verdiyi tamaşanın rəssamı Yevgeniya Biserovadır. Tamaşada rolları

İlhamə Məmmədova1 dəq oxunuş
Bakıda 10-cu DokuBaku Beynəlxalq Sənədli Film Festivalı keçirilirF4Media səsləndirməsi