10 oktyabr 2026 Bakı — USD 1.70EUR 1.9093+0.0045TRY 0.03450100×RUB 1.9998+0.0115
media.az
Tehsil 3

Gənclər üçün “Marketinqdə süni intellekt alətlərindən istifadə” mövzusunda təlim və workshop keçirilib

“Yeni Yol” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin təşkilatçılığı ilə gənclərin rəqəmsal bacarıqlarının və müasir marketinq biliklərinin artırılması məqsədilə növbəti maarifləndirici təlim və praktiki workshop həyata keçirilib.

Qurban Qurbanzadə1 dəq oxunuş
Mətn ölçüsü
Gənclər üçün “Marketinqdə süni intellekt alətlərindən istifadə” mövzusunda təlim və workshop keçirilib
Tehsil 3 — F4Media
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — F4Media səsləndirir

“Yeni Yol” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin təşkilatçılığı ilə gənclərin rəqəmsal bacarıqlarının və müasir marketinq biliklərinin artırılması məqsədilə növbəti maarifləndirici təlim və praktiki workshop həyata keçirilib.

Mütəxəssis Həsən Hüseynsoyun təqdimatında “Marketinqdə süni intellekt alətlərindən istifadə” mövzusunda baş tutan görüşdə iştirakçılara süni intellekt alətlərinin marketinq sahəsinə tətbiqi, avtomatlaşdırma prosesləri, yaradıcı kontent generatorları və effektiv marketinq strategiyalarının qurulması barədə ətraflı nəzəri məlumat verilib.

Təlimin ikinci hissəsində təşkil olunan praktiki workshop çərçivəsində gənclər komandalar şəklində fəaliyyət göstərərək verilən tapşırıqları icra ediblər. İnteraktiv komanda işi iştirakçıların əldə etdikləri bilikləri real situasiyalarda tətbiq etmələrinə və praktiki bacarıqlarını inkişaf etdirmələrinə şərait yaradıb.

“Yeni Yol” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi gənclərin əmək bazarının müasir tələblərinə uyğunlaşdırılması və rəqəmsal texnologiyalar üzrə biliklərinin dərinləşdirilməsi istiqamətində layihə və təlimləri davam etdirəcəkdir.

Paylaş

Oxşar materiallar

Hamısına bax
Gənclər üçün “Marketinqdə süni intellekt alətlərindən istifadə” mövzusunda təlim və workshop keçirilibF4Media səsləndirməsi