14 oktyabr 2026 Bakı — USD 1.70EUR 1.8992-0.0061TRY 0.0344-0.0001100×RUB 2.0276+0.0328
media.az
İdman

Dövlət qurumlarının əməkdaşları arasında badminton yarışı keçirilib

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Badminton Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında badminton yarışı keçirilib.

Qurban Qurbanzadə1 dəq oxunuş
Mətn ölçüsü
Dövlət qurumlarının əməkdaşları arasında badminton yarışı keçirilib
İdman — F4Media
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — F4Media səsləndirir

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Badminton Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında badminton yarışı keçirilib.

1 saylı idman təmayüllü liseyin badminton zalında təşkil olunan yarışda 10 dövlət qurumunu təmsil edən 12 kişi və 6 qadın iştirak edib.

Kişilər arasında Dövlət İmtahan Mərkəzinin nümayəndəsi Emil Təhməzov birinci yerə layiq görülüb. Qida Təhlükəsizliyi Agentliyinin təmsilçisi Cavid Əlizadə ikinci, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı İlqar Alqayev isə üçüncü yeri tutub.

Qadınların mübarizəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Səbinə İmaməliyeva birinci olub. Elm və Təhsil Nazirliyinin təmsilçisi Suğra Babayeva ikinci, Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Xəyalə Ağayeva isə üçüncü yerdə qərarlaşıb.

Paylaş

Oxşar materiallar

Hamısına bax
İdman

AFFA “Neftçi”ni 5000 manat cərimələyib

AFFA İntizam Komitəsi növbəti iclasını keçirib və Misli Premyer Liqasının 7-ci turunda qayda pozuntuları ilə bağlı qərarlar çıxarıb. "Neftçi" klubu 5000 manat cərimələnib.

Yulduz Səlimov1 dəq oxunuş
Dövlət qurumlarının əməkdaşları arasında badminton yarışı keçirilibF4Media səsləndirməsi