Dövlət qurumlarının əməkdaşları arasında badminton yarışı keçirilib
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Badminton Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında badminton yarışı keçirilib.

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Badminton Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında badminton yarışı keçirilib.
1 saylı idman təmayüllü liseyin badminton zalında təşkil olunan yarışda 10 dövlət qurumunu təmsil edən 12 kişi və 6 qadın iştirak edib.
Kişilər arasında Dövlət İmtahan Mərkəzinin nümayəndəsi Emil Təhməzov birinci yerə layiq görülüb. Qida Təhlükəsizliyi Agentliyinin təmsilçisi Cavid Əlizadə ikinci, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı İlqar Alqayev isə üçüncü yeri tutub.
Qadınların mübarizəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Səbinə İmaməliyeva birinci olub. Elm və Təhsil Nazirliyinin təmsilçisi Suğra Babayeva ikinci, Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Xəyalə Ağayeva isə üçüncü yerdə qərarlaşıb.








