İki Səudiyyə supertankeri Hörmüz boğazında hücuma məruz qalıb
Səudiyyə Ərəbistanından neft daşıyan iki tanker çərşənbə axşamı gecə saatlarında Hörmüz boğazında naməlum mərmilərlə hücuma məruz qalıb.

Səudiyyə neftini daşıyan iki supertanker Hörmüz boğazından keçərkən naməlum mərmilərin zərbələrinə məruz qalıb. Hadisələr bazar ertəsi gecə saatlarında, gəmilər bölgədən keçərkən bir neçə dəqiqəlik fasilələrlə baş verib.
Hücumlarla bağlı məlumatlar dəniz daşımalarının izlənilməsi və gəmiçilik sahəsində məlumatların təhlili üzrə ixtisaslaşmış Marisks və Kpler şirkətləri tərəfindən təqdim edilib.
Marisks şirkəti baş verənləri Oman körfəzində təhlükələrin ciddi şəkildə artması kimi qiymətləndirib və demək olar ki, eyni vaxtda baş verən hücumların bölgədə vəziyyətin pisləşdiyini göstərdiyini qeyd edib.
Mənbə: jpost.com





