8 oktyabr 2026 Bakı — USD 1.70EUR 1.9095+0.0026TRY 0.03460100×RUB 1.9963-0.0069
media.az
Azərbaycan

Aqil Ələsgər Qazaxıstanda beynəlxalq konfransda Tokayev adına orden ilə təltif edildi

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Türk İnternet Media Birliyinin sədr müavini və "Yeni Çağ" Media Qrupunun rəhbəri Aqil Ələsgər Qazaxıstanda keçirilən beynəlxalq konfransda iştirak edib. Səfər çərçivəsində o, Kəmal Tokayev adına orden ilə təltif olunub.

Fira Cəlilova1 dəq oxunuş
Mətn ölçüsü
Aqil Ələsgər Qazaxıstanda beynəlxalq konfransda Tokayev adına orden ilə təltif edildi
Azərbaycan — F4Media
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — F4Media səsləndirir

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Türk İnternet Media Birliyinin sədr müavini və "Yeni Çağ" Media Qrupunun rəhbəri Aqil Ələsgər Qazaxıstanda keçirilən beynəlxalq konfransda iştirak edib. Səfər çərçivəsində o, Kəmal Tokayev adına orden ilə təltif olunub.

Almatı şəhərində baş tutan tədbir dünyaca məşhur qazax şairi və ictimai xadimi Oljas Süleymanovun 90 illik yubileyinə həsr olunub. Tədbir "Bilik mədəniyyətinə dəstək" IX Beynəlxalq Konfransı çərçivəsində keçirilib.

"XX əsrin ikinci yarısında Mərkəzi Asiyanın intellektual tarixi" mövzusuna həsr olunan konfrans Mərkəzi Asiya və Türk dünyasının elmi, tarixi-mədəni əlaqələrinin dərindən öyrənilməsi və intellektual irsinin gələcək nəsillərə ötürülməsi baxımından mühüm beynəlxalq platforma rolunu oynayır.

Aqil Ələsgər konfrans çərçivəsində Türk dünyasının media və vətəndaş cəmiyyəti nümayəndələri ilə bir araya gəlib. Görüşlərdə ölkəmizin Türk dünyasında əhəmiyyətli yer tutduğu barədə mövqe nümayiş etdirib.

Səfər çərçivəsində Aqil Ələsgər Türk dünyasında media və vətəndaş cəmiyyətinin inkişafına, eləcə də dostluq əlaqələrinin möhkəmlənməsinə verdiyi töhfələrə görə Kəmal Tokayev adına "Kəmal Ata Kəməngər" ordeni ilə təltif olunub.

Mükafatı jurnalistə Oljas Süleymanovun rəhbərlik etdiyi YUNESKO-nun nəzdində fəaliyyət göstərən Mədəniyyətlərin Yaxınlaşdırılması Mərkəzinin direktor müavini Səltənət Aşimova təqdim edib.

Xatırladaq ki, ordenin adını daşıyan Kəmal Tokayev tanınmış qazax yazıçısı, İkinci Dünya müharibəsi iştirakçısı və Qazaxıstan Respublikasının hazırkı Prezidenti Qasım-Comərd Tokayevin atasıdır.

Paylaş

Oxşar materiallar

Hamısına bax
Aqil Ələsgər Qazaxıstanda beynəlxalq konfransda Tokayev adına orden ilə təltif edildiF4Media səsləndirməsi