Ayhan Hacızadə Fransanın XİN başçısına cavab verdi, Parisi Azərbaycanla bağlı əsassız bəyanatları dayandırmağa çağırdı
Azərbaycan XİN-in mətbuat katibi Ayhan Hacızadə Parisi Azərbaycanla bağlı əsassız iddiaları dayandırmağa çağırıb və Fransa XİN başçısı Jan-Noel Barronun çıxışına cavab verib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayhan Hacızadə Avropa və Xarici İşlər üzrə Fransa naziri Jan-Noel Barronun bəyanatlarına cavab verib və Parisi Azərbaycanla bağlı əsassız iddiaları dayandırmağa çağırıb.
Hacızadənin sözlərinə görə, fransız nazir 13 oktyabrda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Etimadın qurulması və demokratiyanın möhkəmləndirilməsi üzrə Qlobal Forumunda çıxışı zamanı yenidən Azərbaycana toxunub.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Etimadın qurulması və demokratiyanın möhkəmləndirilməsi üzrə Qlobal Forumunda çıxışı zamanı Avropa və Xarici İşlər üzrə Fransa naziri Jan-Noel Barro növbəti dəfə Azərbaycanı əsassız iddiaların hədəfinə çevirdi, biz bunu qətiyyətlə pisləyirik».
XİN nümayəndəsi bildirib ki, fransız nazirin Azərbaycana qarşı ittihamları Fransa tərəfinin Azərbaycanla münasibətlərdə hələ də konfrontasiya ritorikasından əl çəkmədiyini göstərir.
«Azərbaycanı Fransanın Yeni Kaledoniya və digər dəniz ərazilərində yaşayan xalqların öz hüquqları uğrunda mübarizəsinə müdaxilədə ittiham etmək tamamilə əsassızdır. Fransanın dəniz ərazilərində baş verən proseslərlə bağlı mövqeləri fərqli olan tərəfləri xarici müdaxilə ilə əlaqələndirmək bu ərazilərin əhalisinin iradəsini və narahatlığını kölgədə qoymaq cəhdidir».
«Demokratiya, insan hüquqları və qanunun aliliyi barədə danışan fransız rəsmi şəxsləri üçün ilk növbədə bu prinsiplərin Fransanın öz siyasətində ardıcıl tətbiqinə diqqət yetirmək daha məqsədəuyğun olardı».
«Biz Fransa tərəfini Azərbaycana qarşı əsassız iddialara son qoymağa və beynəlxalq münasibətlərdə qarşılıqlı hörmət, suveren bərabərlik və daxili işlərə qarışmamaq prinsiplərinə riayət etməyə çağırırıq».
Mənbə: apa.az





