29 sentyabr 2026 Bakı — USD 1.70EUR 1.9312-0.0045TRY 0.03470100×RUB 2.0118-0.0027
media.az
Azərbaycan

Azərbaycanın kibertəhlükəsizlik komandası WorldSkills Shanghai 2026-da medal qazandı

Azərbaycanın kibertəhlükəsizlik üzrə yığması WorldSkills Shanghai 2026 müsabiqəsində «Medal of Excellence» medalı qazanıb. Bu, WorldSkills tarixində ölkənin bu səriştə üzrə ilk mükafatıdır.

Yulduz Səlimov2 dəq oxunuş
Mətn ölçüsü
Azərbaycanın WorldSkills Shanghai 2026 kibertəhlükəsizlik komandası
Azərbaycan — F4Media
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — F4Media səsləndirir

Azərbaycanın kibertəhlükəsizlik komandası «WorldSkills Shanghai 2026» beynəlxalq müsabiqəsində medal qazanıb. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində (İRİA) bildirilib.

Yarışlar Çinin Şanxay şəhərində 22–27 sentyabr tarixlərində keçirilib. Azərbaycan «kibertəhlükəsizlik» səriştəsi üzrə təmsil olunub.

İRİA-nın İnformasiya təhlükəsizliyi departamentinin əməkdaşları Əli Məhərrəmli və Yusif Kazımlı 702 xal toplayaraq «Medal of Excellence» mükafatına layiq görülüblər. Yusif Kazımlı həmçinin Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin (AKM) təlim proqramının 5-ci mərhələsini fərqlənmə ilə başa vurub.

Yüksək peşəkarlığı və praktiki bacarıqları qiymətləndirən bu medal «WorldSkills» tarixində Azərbaycanın kibertəhlükəsizlik üzrə ilk mükafatı olub.

Komanda necə hazırlaşıb

Azərbaycanın kibertəhlükəsizlik komandası üçün seçim və hazırlıq İRİA yanında fəaliyyət göstərən AKM-də keçirilib. Proses İRİA, Peşə Təhsili üzrə Dövlət Agentliyi və «WorldSkills Azerbaijan»ın əməkdaşlığı çərçivəsində həyata keçirilib.

Namizədlərin seçimi «Capture The Flag» (CTF) formatında aparılıb. İlk seçim mərhələsi CTF-1 ötən il dekabrın 20-də Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində 80 namizəd komandanın iştirakı ilə keçirilib. 2026-cı ilin yanvarında keçirilən CTF-2-nin nəticələrinə əsasən 10 namizəd seçilib və onlar fevraldan avqusta qədər Mərkəzdə intensiv hazırlıq proqramı keçiblər. Proqrama «WorldSkills» müsabiqəsinin tələblərinə uyğun olaraq kibertəhlükəsizlik üzrə nəzəri biliklərin möhkəmləndirilməsi və praktiki bacarıqların inkişaf etdirilməsi daxil olub.

Nəticələrə əsasən Azərbaycan Hindistan, Koreya, Tailand, Yaponiya, Malayziya, Avstraliya və Braziliya da daxil olmaqla bir sıra ölkələrin komandalarını qabaqlayıb. Bundan əlavə, Azərbaycan komandası «Kiberhücumlara qarşı müdafiə həllərinin tətbiqi» altistiqamətində iştirak edən komandalar arasında daha yüksək nəticə göstərib.

«WorldSkills Shanghai 2026»da kibertəhlükəsizlik üzrə əldə olunan nəticə beynəlxalq peşə bacarıqları platformasında Azərbaycanı təmsil edən iştirakçıların hazırlıq səviyyəsini nümayiş etdirib. Bununla yanaşı, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində seçim və hazırlığın sistemli şəkildə təşkil olunması beynəlxalq yarışlara gənc mütəxəssislərin hazırlanması üzrə görülən işin nəticəsini göstərir», — məlumatda qeyd olunur.

Paylaş

Oxşar materiallar

Hamısına bax
Azərbaycan

Bakıda yağışlı hava sabah da davam edəcək

Milli Hidrometeorologiya Xidməti 30 sentyabr üçün hava proqnozunu açıqlayıb: ölkənin rayonlarında leysan, şimşək və dolu, yüksək dağlıq ərazilərdə qar gözlənilir. Bakı və Abşeronda əsasən yağıntısız hava

Əbdulrəhman Sadıxlı1 dəq oxunuş
Azərbaycanın kibertəhlükəsizlik komandası WorldSkills Shanghai 2026-da medal qazandıF4Media səsləndirməsi