Bakıda 4-cü Təhlükəsizlik Forumu keçirilir, prezident İlham Əliyev iştirakçılara müraciət edib
Bakıda 100-dən çox ölkədən beynəlxalq təşkilatların və xüsusi xidmətlərin rəhbər və nümayəndələrinin iştirakı ilə 4-cü Təhlükəsizlik Forumu işə başlayıb. İştirakçılara Azərbaycan prezidenti İlham Əliyevin müraciəti oxunub.

Bakıda 4-cü Təhlükəsizlik Forumu açılıb, forumun mövzusu "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorizmə qarşı əməkdaşlığın effektiv mexanizmlərinin formalaşdırılması"dır.
Forum Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşəbbüsü ilə 100-dən çox ölkədən beynəlxalq təşkilatların və xüsusi xidmətlərin rəhbər və yüksək vəzifəli nümayəndələrinin iştirakı ilə keçirilir.
Rəsmi açılışdan sonra iştirakçılara Azərbaycan prezidenti İlham Əliyevin müraciəti oxundu.
Daha sonra tədbirdə çıxış edən DTX-nın rəisi general-polkovnik Əli Nağıyev Bakıda forum iştirakçılarını yenidən salamlamaqdan məmnunluq ifadə edib və forumun keçirilməsi təşəbbüsünün dövlət başçısına məxsus olduğunu qeyd edib. Onun sözlərinə görə, forumun coğrafiyası hər il genişlənir.
Mənbə: report.az





