28 sentyabr 2026 Bakı — USD 1.70EUR 1.93290TRY 0.03470100×RUB 20
media.az
Azərbaycan

Dövlət qulluğu sertifikatının müddətinin 2 ilə endirilməsi təklif olunur

Azərbaycanda dövlət qulluğu sertifikatının etibarlılıq müddətinin hazırkı 5 il əvəzinə 2 il müəyyən edilməsi təklif olunur. Dəyişiklik Dövlət qulluğu haqqında Məcəllə layihəsində öz əksini tapıb.

Qurban Qurbanzadə1 dəq oxunuş
Mətn ölçüsü
Dövlət qulluğu üzrə imtahan iştirakçıları üçün məlumat lövhəsi
Azərbaycan — F4Media
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — F4Media səsləndirir

Azərbaycanda dövlət qulluğu sertifikatının etibarlılıq müddətinin 5 ildən 2 ilə endirilməsi təklif olunur.

Bu müddəa Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirəyə çıxarılan Dövlət qulluğu haqqında Məcəllə layihəsində yer alıb.

Layihəyə əsasən, inzibati vəzifələr üzrə müsabiqə test imtahanı və müsahibədən ibarət olacaq. Test imtahanlarının isə ildə ən azı dörd dəfə keçirilməsi nəzərdə tutulur.

İmtahanı uğurla keçən şəxslərə 2 il müddətində qüvvədə olan sertifikat veriləcək.

Qüvvədə olan sertifikatın sahibi hər il 5 vəzifə üzrə müsahibəyə ödənişsiz qeydiyyatdan keçə biləcək. Beşdən artıq vəzifə üzrə müsahibədə iştirak isə ödənişli olacaq.

İlk dəfə müsabiqədə iştirak edən şəxslərin, həmçinin ərazi bütövlüyünün, müstəqilliyin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərin və şəhid ailəsi üzvlərinin test imtahanı üçün ödəniş dövlət büdcəsi hesabına qarşılanacaq.

Yeni Məcəllə qüvvəyə minənədək verilmiş və etibarlılıq müddəti başa çatmamış sertifikatlar isə əvvəlki qaydada müddətinin sonunadək qüvvədə qalacaq. Bu sertifikatların sahibləri həmin müddət ərzində müsahibələrdə iştirak etmək hüququnu saxlayacaqlar.

Paylaş

Oxşar materiallar

Hamısına bax
Dövlət qulluğu sertifikatının müddətinin 2 ilə endirilməsi təklif olunurF4Media səsləndirməsi