14 noyabr 2026 Bakı — USD 1.70EUR 1.88050TRY 0.03380100×RUB 2.05110
media.az
Tehsil 3

“Əmanətə Sədaqət” təqaüd proqramının qalibləri ilə görüş keçirilib

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və “Azərlotereya” ASC-nin birgə təşkilatçılığı ilə ali təhsil müəssisələrinə daxil olan şəhid ailəsi üzvləri ilə görüş baş tutub.

Tünzalə Məlikova1 dəq oxunuş
Mətn ölçüsü
“Əmanətə Sədaqət” təqaüd proqramının qalibləri və tədbir iştirakçıları
Tehsil 3 — F4Media

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və “Azərlotereya” ASC-nin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə “Əmanətə Sədaqət” layihəsi çərçivəsində ali məktəblərə qəbul olunan şəhid ailə üzvləri üçün görüş təşkil olunub. İçərişəhərdə baş tutan tədbirdə bu il tələbə adını qazanan 30-dan çox gənc iştirak edib.

Tədbirdə “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud çıxış ediblər.

Rəsmilər gənclərin qazandıqları uğurları yüksək qiymətləndirərək, onlara tələbəlik həyatında müvəffəqiyyətlər arzulayıblar. Görüş zamanı ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən şəhid övladları öz təhsil və gələcək karyera planlarını tədbir iştirakçıları ilə bölüşüblər.

Paylaş

Oxşar materiallar

Hamısına bax