28 sentyabr 2026 Bakı — USD 1.70EUR 1.9357+0.0028TRY 0.03470100×RUB 2.0145+0.0145
media.az
Azərbaycan

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturu yenilənib

Nazirlər Kabineti fəaliyyətin optimallaşdırılması məqsədilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yeni strukturunu təsdiq edib.

Tünzalə Məlikova1 dəq oxunuş
Mətn ölçüsü
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturu yenilənib
Azərbaycan — F4Media

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 8 sentyabr tarixli 274 nömrəli qərarı ilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yeni strukturu təsdiq edilib. Bu qərar təşkilatın fəaliyyətinin optimallaşdırılmasına yönəlib.

İdarənin mətbuat xidmətindən bildirildiyinə görə, yeniliklərin məqsədi daha kompakt, çevik və səmərəli idarəetmə modelinin formalaşdırılması, təkrar olunan funksiyaların aradan qaldırılması, qərar qəbulu prosesinin sürətləndirilməsi, həmçinin mövcud resursların prioritet fəaliyyət istiqamətlərinə yönəldilməsidir.

Yeni struktur çərçivəsində əvvəllər aparatın nəzdində fəaliyyət göstərən səkkiz tabeli qurumun əvəzinə indi iki mərkəz — Muzey-Turizm Mərkəzi və Ənənəvi Sənət Mərkəzi nəzərdə tutulub. Muzey-Turizm Mərkəzinin yaradılması İçərişəhərin turizm potensialının sistemli şəkildə inkişaf etdirilməsi zərurətindən irəli gəlir.

Bununla yanaşı, İdarənin Aparatında koordinasiyanın gücləndirilməsi üçün "şöbə və sektor" modelindən "departament və şöbə" modelinə keçid həyata keçirilir. Optimallaşdırma prosesində İdarənin işçilərinin ştat sayı 430-dan 300 ştat vahidinədək azaldılıb. Qurumdan vurğulanıb ki, bütün dəyişikliklər aparılarkən əmək qanunvericiliyinin tələblərinə tam riayət olunacaq, işçilərin qanunla müəyyən edilmiş hüquq və təminatları qorunacaq.

Paylaş

Oxşar materiallar

Hamısına bax