28 sentyabr 2026 Bakı —
media.az
Hadisə

İstanbulda polis əməkdaşı xidməti vəzifəsini yerinə yetirərkən öldürülüb

İstanbulun Esenyurt rayonunda yol nəzarəti zamanı mülki geyimli polis əməkdaşı Mehmet Ali Topatan silahlı hücum nəticəsində həlak olub.

Mətn ölçüsü
İstanbulda polis bölməsi və hadisə yeri
Hadisə — F4Media

Yenilənib: Sentyabr 6, 2026 3:38 axşam

F4Media.az-ın Türkiyədəki xüsusi müxbiri Hüseyn Zorkunun verdiyi xəbərə görə, İstanbulun Esenyurt rayonunda yol hərəkətinə nəzarət tədbiri zamanı polis əməkdaşına silahlı hücum edilib.

Məlumata görə, nəzarət tədbiri çərçivəsində dayandırılan qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olan taksinin sürücüsü ona inzibati tədbir görmək istəyən mülki geyimli yol polisi əməkdaşı Mehmet Ali Topatana silahla atəş açıb.

Silahlı hücum nəticəsində ağır yaralanan polis əməkdaşı xəstəxanaya çatdırılıb. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və Mehmet Ali Topatan şəhid olub.

Hadisədən sonra şübhəlinin də silahla özünə xəsarət yetirdiyi bildirilib.

Paylaş

Oxşar materiallar

Hamısına bax