34 il sonra Xocalıda Çingiz Mustafayevin kadrlarında əbədiləşən Ləfxanım geri qayıtdı
Çingiz Mustafayevin Xocalı zamanı lentə aldığı Ləfxanım Mahmudova 34 il sonra doğma torpağına qayıdıb və Xocalının Təzəbinə kəndində mənzil alıb.

Azərbaycan Milli Qəhrəmanı, Xocalı zamanı həlak olmuş jurnalist Çingiz Mustafayevin çəkdiyi kadrlarda yaddaşlarda qalan Ləfxanım Mahmudova 34 il sonra doğma torpağına Xocalıya qayıdıb. Bu barədə Xankəndi, Ağdərə və Xocalı şəhərlərində Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat verib.
1992-ci ildə, Xocalı hadisələri zamanı Ləfxanımın 9 yaşı var idi. İndi onun 44 yaşı var və o, doğma torpağında yeni həyata başlayır. O, ailəsi ilə birlikdə Xocalının Təzəbinə kəndində mənzillə təmin olunub.
Uşaq ikən göz yaşları ilə Xocalını tərk edən Ləfxanım bu gün doğma torpağına təbəssümlə ailəsi, övladları və nəvəsi ilə qayıdıb.
«Allaha şükür. Böyük sevinc və qürur hissi keçirirəm. Bu günləri yaşamağımıza imkan yaradan cənab Prezidentə dərin minnətdarlığımı bildirirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Onların qanının töküldüyü bu torpaqlarda mütləq yaşamalıyıq ki, ruhları rahat olsun».
Mənbə: news.milli.az





