9 oktyabr 2026 Bakı — USD 1.70EUR 1.9048-0.0047TRY 0.0345-0.0001100×RUB 1.9883-0.008
media.az
Sağlamlıq

Narın tərkibindəki birləşmə ürək çatışmazlığının müalicəsində ümid yaradır

Bağırsaq bakteriyalarının nar istehlakından sonra istehsal etdiyi urolitin A birləşməsi ürək çatışmazlığı olan siçovullarda ürək fəaliyyətinin göstəricilərini 80% yaxşılaşdırıb. Xəstələr üçün faydanın təsdiqlənməsi üçün insanlar üzərində sınaqlar lazımdır.

İİlhamə Məmmədova1 dəq oxunuş
Mətn ölçüsü
Nar meyvələri və ürək sağlamlığı ilə bağlı tədqiqat təsviri
Sağlamlıq — F4Media
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — F4Media səsləndirir

Alimlər nar istehlakından sonra bağırsaq bakteriyaları tərəfindən əmələ gətirilə bilən urolitin A adlı birləşmənin ürək çatışmazlığı olan siçovullarda ürək fəaliyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırdığını müəyyən ediblər.
London Kinqs Kollecinin alimlərinin apardığı araşdırmaya əsasən, urolitin A ürəyin döyüntülər arasında rahatlamasında mühüm rol oynayan zülalı aktivləşdirə bilər. Tədqiqat Britaniya Ürək Fondunun dəstəyi ilə Science Advances jurnalında dərc olunub.
Araşdırmada “atım fraksiyası qorunmuş ürək çatışmazlığı” (HFpEF) kimi tanınan vəziyyətə diqqət yetirilib. Bu zaman ürək qanı nisbətən normal şəkildə pompalasa da, sərtləşdiyi üçün döyüntülər arasında kifayət qədər rahatlaşa və qanla dolmaya bilir.
Tədqiqat zamanı urolitin A verilən siçovullarda ürək toxumalarının sərtliyinin azaldığı, ürəyin daha yaxşı rahatladığı və daxili təzyiqin aşağı düşdüyü müşahidə olunub. Universitetin məlumatına görə, ürək fəaliyyətinin əsas göstəricilərində yaxşılaşma nəzarət qrupu ilə müqayisədə 80 faizə qədər olub.
Birləşmənin laboratoriyada kök hüceyrələrdən yaradılmış insan ürək toxumasına da müsbət təsir göstərdiyi müəyyənləşib. Alimlər bunun ürəyin yığılması və rahatlamasında, eləcə də arterial təzyiqin tənzimlənməsində iştirak edən PKGIα zülalının aktivləşməsi ilə əlaqəli ola biləcəyini bildirirlər.

Paylaş

Oxşar materiallar

Hamısına bax
Narın tərkibindəki birləşmə ürək çatışmazlığının müalicəsində ümid yaradırF4Media səsləndirməsi