Oftalmoloq göz əzələlərini gücləndirməyin yollarını açıqlayıb
Mütəxəssis göz sağlamlığını qorumaq üçün gündəlik praktikaya sürətli göz qırpma və göz qapaqlarının masajını daxil etməyi tövsiyə edib.

Göz əzələlərini gücləndirmək və uzunmüddətli iş zamanı rahatlığı artırmaq üçün oftalmoloq gündəlik həyatda tətbiq oluna bilən sadə texnikalardan istifadə etməyi tövsiyə edir.
Mütəxəssis effektiv üsullar kimi sürətli göz qırpma və göz qapaqlarının masajını qeyd edib. Həkimin sözlərinə görə, bu məşqlər göz nahiyəsində qan dövranını yaxşılaşdırır ki, bu da yüksək görmə yüklərinin nəticələri ilə mübarizə aparmağa kömək edir.
Mənbə: ria.ru





