“Sabaha doğru” sənədli filmi təqdim olundu
“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi “Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma və gələcəyin şəhərləri” layihəsini uğurla yekunlaşdırıb. Layihə çərçivəsində hazırlanan “Sabaha doğru” sənədli filminin təqdimatı keçirilib.

İctimai Birliyin sədri Ayaz Mirzəyev bildirib ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində çəkilən film Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işlərini, insanların doğma yurdlarına qayıdışını və burada qurulan yeni həyatı real insan hekayələri üzərindən nümayiş etdirir.
Filmdə yerli sakinlərin təəssüratları ilə yanaşı, müasir memarlıq üslubunda salınan və insanyönümlü prinsiplərə əsaslanan yeni yaşayış məntəqələri də əks olunub.
Çəkilişlər Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Laçın, Şuşa, Xankəndi, Xocalı və Zəngilanda aparılıb.
Filmin ssenari müəllifi Ayaz Mirzəyev, rejissoru Zəka Qulu, operatoru Emin Hüseynov, montaj üzrə mütəxəssisi isə Elmar Tarıyeloğludur.
Layihənin donoru QHT-lərə Dövlət Dəstəyi Agentliyidir.