29 sentyabr 2026 Bakı — USD 1.70EUR 1.9312-0.0045TRY 0.03470100×RUB 2.0118-0.0027
media.az
İdman

Azərbaycan Üzgüçülük Federasiyasının yeni maskotları təqdim olundu

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları ictimaiyyətə təqdim olunub. Araz, Damla və Xəzər adlı maskotlar üzgüçülüyə və suya olan sevgini, eləcə də idmana marağın uşaqlardan peşəkar idmançılara qədər daha geniş auditoriyaya çatdırılmasını simvolizə edir.

Yulduz Səlimov1 dəq oxunuş
Mətn ölçüsü
Azərbaycan Üzgüçülük Federasiyasının yeni maskotları təqdim olundu
İdman — F4Media
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — F4Media səsləndirir

Yenilənib: Sentyabr 29, 2026 3:37 axşam

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları ictimaiyyətə təqdim olunub. Araz, Damla və Xəzər adlı maskotlar üzgüçülüyə və suya olan sevgini, eləcə də idmana marağın uşaqlardan peşəkar idmançılara qədər daha geniş auditoriyaya çatdırılmasını simvolizə edir.

Federasiyanın paylaşımında bildirilib ki, yeni maskotların əsas məqsədlərindən biri suya qənaətin vacibliyinə diqqət çəkmək və Xəzər dənizinin səviyyəsinin azalması məsələsinə ictimai diqqəti artırmaqdır.

“Su həyatdır” mesajı ilə təqdim olunan layihədə suyun və Xəzərin qorunmasının vacibliyi xüsusi vurğulanır.

Araz, Damla və Xəzərlə tamaşaçılar ilk dəfə “İpək Yolu” (The Silk Road Tour) Dünya Kuboku çərçivəsində tanış ola biləcəklər. Yarışlar 1–3 oktyabr tarixlərində Su İdmanı Sarayında keçiriləcək.

Paylaş

Oxşar materiallar

Hamısına bax
Azərbaycan Üzgüçülük Federasiyasının yeni maskotları təqdim olunduF4Media səsləndirməsi