SHOW TV yeni mövsümdə iddialı layihələrlə seçilir
SHOW TV yeni mövsüm layihələrini açıqlayıb: «Sevdan Bir Ateş», «Muhtemel Aşk» və «Kızılcık Şerbeti» serialları, gündüz proqramları və daimi aparıcılarla xəbər buraxılışları.

SHOW TV telekanalı yeni mövsüm layihələrini elan edib. Məlumata görə, kanal tamaşaçılara müxtəlif yayım şəbəkəsi təklif etmək üçün tanınmış aktyorların iştirakı ilə seriallara, gündüz efiri proqramlarına və xəbər buraxılışlarına üstünlük verir.
Axşam efirinin serialları
Mirzə və Leylanın eşq hekayəsindən bəhs edən «Sevdan Bir Ateş» serialı hər çərşənbə saat 20.00-da yayımlanır. Sevgi ilə məntiq arasında qalan Defne və Kadirdən bəhs edən «Muhtemel Aşk» serialı cümə axşamları saat 20.00-da göstərilir.
Beşinci mövsümdə yüksək reytinqlər toplamağa davam edən «Kızılcık Şerbeti» serialı cümə günləri saat 20.00-da yayımlanır. Uzun illərdir davam edən komediya proqramı «Güldür Güldür Show» şənbə günləri saat 20.00-da efirdə qalır.
Gündüz efiri və xəbərlər
Aparıcı Xande Uluqun təqdim etdiyi şou-biznes dünyasından bəhs edən «Cumartesi-Pazar Sürprizi» proqramı şənbə və bazar günləri saat 10.00-da yayımlanır. Buse Varolun apardığı «Gelin Evi» gündüz şousu iş günləri saat 12.30-da efirə gedir.
«Show Ana Haber» xəbər buraxılışı iş günləri aparıcı Xande Bayraktarla, həftə sonları isə Bahar Özmənlə saat 18.25-də yayımlanır. Türkiyə və dünyanın əsas gündəm mövzularına həsr olunmuş «Gece Hattı» proqramı aparıcı Tuğba Dural ilə iş günləri hər gecə saat 00.15-də efirə gedir.
Mənbə: haberturk.com




