Tramp Fort-Hud basqınında 13 nəfəri öldürən psixiatrın edamına icazə verdi
ABŞ prezidenti Donald Tramp 2009-cu ildə Fort-Hud hərbi bazasında 13 nəfəri öldürüb 32 nəfəri yaralayan Nidal Malik Həsənin güllələnməklə edamına icazə verib.

ABŞ prezidenti Donald Tramp Nidal Malik Həsənin güllələnməklə edamına icazə verib. Həsən fələstin əsilli hərbi psixiatrdır.
2009-cu ildə Fort-Hud hərbi bazasında o, silahlı hücum törədib, nəticədə 13 nəfər həlak olub, daha 32 nəfər yaralanıb. Trampın qərarı onun güllələnməklə edamına yol açır.
Mənbə: oxu.az





