Türkiyədə növbədənkənar seçkilərin olası tarixləri müzakirə olunur
Türkiyədə növbədənkənar seçkilərin potensial tarixləri müzakirə olunur. Hazırda səsvermə üçün iki mümkün müddət nəzərdən keçirilir.

Türkiyədə növbədənkənar seçkilərin keçirilməsi üçün potensial tarixlərin müzakirəsinə başlanılıb. Hazırda gündəlikdə səsvermə üçün iki mümkün variant nəzərdən keçirilir.
Türkiyə mənbələrinin məlumatına görə, seçkilər 2027-ci ilin noyabrında və ya 2028-ci ilin martında keçirilə bilər. Bununla yanaşı qeyd olunur ki, seçkilərə bir ildən az qalmış seçki qanunvericiliyinə edilən dəyişikliklər səsvermə zamanı tətbiq edilmir.
Mənbə: cnnturk.com





