Xalq artisti Niyaməddin Musayevin 85 illik yubileyi qeyd olunacaq
Xətai rayonunda yerləşən Heydər Əliyev adına İstirahət Parkında Niyaməddin Musayevin yubileyi münasibətilə tədbir təşkil ediləcək.

Azərbaycan estradasının tanınmış siması, Xalq artisti Niyaməddin Musayevin 85 illik yubileyi təntənəli şəkildə qeyd olunacaq. Sənətkarın yaradıcılığına həsr olunan musiqi gecəsi sentyabrın 3-də, saat 19:00-da baş tutacaq.
Tədbir Xətai rayonunda yerləşən Heydər Əliyev adına İstirahət Parkının amfiteatrında keçiriləcək. Proqram çərçivəsində Niyaməddin Musayevin zəngin yaradıcılıq yolu xatırlanacaq və onun repertuarından məşhur mahnılar səsləndiriləcək.
Yubiley gecəsi Mədəniyyət Nazirliyinin Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Xətai Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının birgə iştirakı və dəstəyi ilə təşkil olunur.





