27 sentyabr 2026 Bakı — USD 1.70EUR 1.93290TRY 0.03470100×RUB 20
media.az
Azərbaycan

Xocalıda mina partlayışı nəticəsində ANAMA əməkdaşı yaralanıb

Xocalı rayonunun Daşkənd kəndində mina partlayışı qeydə alınıb. Hadisə nəticəsində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinin (ANAMA) bir əməkdaşı xəsarət alıb.

Yulduz Səlimov1 dəq oxunuş
Mətn ölçüsü
ANAMA-nın minadan təmizləmə əməliyyatı zamanı istifadə etdiyi texnika və ərazi
Azərbaycan — F4Media

Xocalı rayonunun Daşkənd kəndində mina partlayışı baş verib. Hadisə nəticəsində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinin (ANAMA) əməkdaşı xəsarət alıb.

Yaralı şəxsə ilkin tibbi yardım Xankəndi Şəhər Xəstəxanasında göstərilib. Daha sonra o, Bərdə Şəhər Diaqnostika Mərkəzinə təxliyə olunub.

Hazırda ANAMA əməkdaşının cərrahi əməliyyat olunması gözlənilir. Faktla bağlı araşdırma davam etdirilir.

Paylaş

Oxşar materiallar

Hamısına bax