“Fluentopia” davam edir: Gənclər Alman dili üzrə biliklərini imtahanda sınadılar
“Yeni Yol” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin həyata keçirdiyi “Fluentopia” layihəsi çərçivəsində Alman dili proqramı davam edir.

“Yeni Yol” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin həyata keçirdiyi “Fluentopia” layihəsi çərçivəsində Alman dili proqramı davam edir.
Ötən paylaşımımızda start verdiyini xəbər verdiyimiz iki aylıq intensiv proqram çərçivəsində gənclər həftədə iki dəfə keçirilən praktiki və interaktiv dərslərdə iştirak edərək Alman dili üzrə bilik və bacarıqlarını mərhələli şəkildə inkişaf etdirirlər.
Peşəkar müəllimlərin iştirakı ilə keçirilən dərslərdə iştirakçılar yeni söz və ifadələri öyrənməklə yanaşı, danışıq və ünsiyyət bacarıqlarını da praktik şəkildə təkmilləşdirirlər.
Artıq proqramın gedişatında növbəti mərhələyə – imtahan mərhələsinə keçilib. İştirakçılar təlimlər zamanı qazandıqları bilikləri yoxlamaq və əldə etdikləri nəticələri nümayiş etdirmək üçün imtahanda iştirak ediblər.
İmtahan prosesi gənclərin proqram müddətində keçdikləri mövzuları nə dərəcədə mənimsədiklərini qiymətləndirmək, eyni zamanda onların inkişaf dinamikasını müəyyənləşdirmək baxımından mühüm mərhələ olub.
“Fluentopia” isə davam edir. Qarşıdakı mərhələlərdə gəncləri yeni dərslər, praktiki məşğələlər və dil bacarıqlarının daha da inkişaf etdirilməsinə yönələn fəaliyyətlər gözləyir.
Layihənin əsas məqsədi gənclərin xarici dil biliklərini artırmaq, onların beynəlxalq ünsiyyət imkanlarını genişləndirmək və gələcək təhsil və karyera yollarında yeni imkanlar qazanmalarına dəstək olmaqdır.





