Qarabağ gəncləri üçün təşkil olunan düşərgə intensiv təlimlər və ekskursiyalarla davam edir!
“Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi”-nin maliyyə dəstəyi və “Yeni Yol” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan “Qarabağ gəncləri üçün düşərgənin təşkili və iqtisadi maarifləndirmə” layihəsi uğurla davam edir.

Düşərgə çərçivəsində Dövlət Məşğulluq Agentliyinin Qazax–Tovuz Regional Məşğulluq filialının müdir müavini Alı Hacıyevlə görüş baş tutub. İnteraktiv formatda keçən görüşdə gənclərlə karyera seçimi, özünüinkişaf və uğura aparan yollar müzakirə olunub. Eyni zamanda, ekspertlər Mübariz İmanov və Məleykə Tağızadənin rəhbərliyi ilə karyera planlaşdırılması, liderlik və şəxsi inkişaf mövzusunda təlimlər keçirilib, vörkşoplar təşkil edilib.
Proqram çərçivəsində iştirakçılar Şəmkir Aqroparkına ekskursiya edərək müasir kənd təsərrüfatında tətbiq olunan innovativ texnologiyalarla yaxından