8 oktyabr 2026 Bakı — USD 1.70EUR 1.9095+0.0026TRY 0.03460100×RUB 1.9963-0.0069
media.az
Tehsil 3

Beynəlxalq Müəllimlər Günündə MDU-da iki yeni laboratoriya açılıb

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Mingəçevir Dövlət Universitetində Rəqəmsal Mühəndislik və “MathStage” laboratoriyalarının açılış mərasimi keçirilib.

Qurban Qurbanzadə1 dəq oxunuş
Mətn ölçüsü
Beynəlxalq Müəllimlər Günü Mingəçevir Dövlət Universitetində yeni tədris imkanları ilə qeyd olunub: Rəqəmsal Mühəndislik və “MathStage” laboratoriyalarının açılışı olub
Tehsil 3 — F4Media
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — F4Media səsləndirir

Beynəlxalq Müəllimlər Günü münasibətilə Mingəçevir Dövlət Universitetində Rəqəmsal Mühəndislik və “MathStage” laboratoriyalarının açılış mərasimi keçirilib.

Açılış mərasimində Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov, “Azərbaycan İES” MMC-nin direktoru Təhmasib Hüseynov və universitetin bir qrup əməkdaşı iştirak edib.

Yeni laboratoriyaların istifadəyə verilməsi universitetdə müasir tədris infrastrukturunun inkişaf etdirilməsi, təhsil prosesində praktiki və interaktiv yanaşmaların genişləndirilməsi baxımından əhəmiyyət daşıyır.

Rəqəmsal Mühəndislik Laboratoriyası müəllim və tələbələrə mühəndislik sahəsində müasir rəqəmsal texnologiyalarla işləmək, nəzəri biliklərini praktiki fəaliyyətlə möhkəmləndirmək və yeni texnoloji bacarıqlar qazanmaq imkanı yaradacaq. Laboratoriyanın imkanlarından tədris prosesində, praktiki məşğələlərdə və tələbələrin layihə fəaliyyətində istifadə olunması nəzərdə tutulur.

“MathStage” Laboratoriyası isə riyaziyyatın daha interaktiv və tətbiqyönümlü şəkildə öyrənilməsinə, tələbələrin məntiqi düşünmə və problem həll etmə bacarıqlarının inkişaf etdirilməsinə xidmət edəcək.

Yeni laboratoriyaların açılışının məhz Beynəlxalq Müəllimlər Günündə keçirilməsi müəllim əməyinə verilən dəyərin və müasir təhsil mühitinin formalaşdırılmasının bir-birini tamamlayan istiqamətlər olduğunu nümayiş etdirir.

Mingəçevir Dövlət Universitetində bu istiqamətdə həyata keçirilən tədbirlər tələbələrin müasir əmək bazarının tələblərinə uyğun bilik və bacarıqlara yiyələnməsinə, praktiki hazırlığının gücləndirilməsinə və universitetin tədris imkanlarının daha da genişləndirilməsinə xidmət edir.

Paylaş

Oxşar materiallar

Hamısına bax
Tehsil 3

Qarabağ gəncləri üçün inkişaf düşərgəsi başa çatıb

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Yeni Yol” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Qarabağ gəncləri üçün düşərgənin təşkili və

Qurban Qurbanzadə1 dəq oxunuş
Beynəlxalq Müəllimlər Günündə MDU-da iki yeni laboratoriya açılıbF4Media səsləndirməsi