Medvedev: Avropada bütün ruslara qarşı ov başladılıb
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bildirib ki, rusiyalılar Avropaya səfərlərdə, xüsusilə Qərb hökumətlərini, Avropa İttifaqını və ya Ukraynanı açıq şəkildə tənqid edərlərsə, saxlanılma riski ilə üzləşirlər.

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bildirib ki, Rusiya vətəndaşları Avropaya səfərlərdə, xüsusilə Qərb hökumətlərini, Avropa İttifaqını və ya Ukraynanı açıq şəkildə tənqid edərlərsə, saxlanılma riski ilə üzləşirlər.
«Potensial olaraq bütün ruslara qarşı ov aparılır», — Medvedev Telegram-da yazıb. Onun sözlərinə görə, hətta Avropa ölkələrinə qanuni məqsədlərlə gələnlər də saxlanılma ilə üzləşə bilərlər.
«Nə vizalar, nə dəvətlər, nə də hər hansı digər təminatlar bizi xilas etməyəcək»
Medvedevin açıqlaması Çernoqoriyanın dövlət teleradio şirkəti RTCG-nin rusiyalı bloqer Mixail Zvinçukun və həyat yoldaşı Valeriyanın Risan şəhərində saxlanıldığını bildirməsindən sonra səslənib.
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova isə RİA Novosti-yə bildirib ki, Rusiyanın Çernoqoriyadakı səfirliyi saxlanılma hallarını araşdırır.
Mənbə: azernews.az





