16 noyabr 2026 Bakı — USD 1.70EUR 1.88050TRY 0.03380100×RUB 2.05110
media.az
Mədəniyyət

ƏSA Teatrı fəaliyyətinin 10 illiyini qeyd edir

2016-cı ildə Nihad Qulamzadə tərəfindən təsis edilən ƏSA Teatrı inklüziv incəsənətin inkişafına və peşəkar kadrların yetişdirilməsinə töhfə verib.

İİlhamə Məmmədova1 dəq oxunuş
Mətn ölçüsü
ƏSA Teatrının səhnə fəaliyyətindən bir kadr
Mədəniyyət — F4Media

Yenilənib: Sentyabr 3, 2026 1:09 axşam

Azərbaycanın ilk inklüziv teatrı olan ƏSA Teatrı öz fəaliyyətinin 10 illiyini qeyd edir. 2016-cı ildə Nihad Qulamzadə tərəfindən əsası qoyulan kollektiv, əlilliyi olan və olmayan aktyorları bir araya gətirərək ölkədə inklüziv incəsənətin inkişafında mühüm rol oynayıb.

Teatrın hekayəsi 10 il əvvəl cəmi 20 kvadratmetrlik bir otaqda başlayıb. Ötən müddət ərzində kollektiv 13 tamaşa, 4 performans və onlarla rəqəmsal layihə hazırlayaraq, həm yerli, həm də beynəlxalq səhnələrdə Azərbaycanı təmsil edib.

Pandemiya dövründə də fəaliyyətini dayandırmayan teatr, həmin illərdə keçirilən respublika teatr festivalında birinci yerə layiq görülüb. Kollektiv fəaliyyət dövründə qarşılaşdığı çətinliklərə baxmayaraq, sənətə olan inamını qoruyaraq yeni yaradıcı yanaşmaların formalaşmasına və peşəkar kadrların yetişdirilməsinə töhfə verib.

ƏSA Teatrının qarşıdakı hədəfləri sırasında beynəlxalq uğurların coğrafiyasını genişləndirmək və Azərbaycanı dünya səhnələrində daha geniş şəkildə təmsil etmək dayanır. Kollektiv gələcəkdə daha dayanıqlı fəaliyyət imkanlarının yaradılacağına və teatrın layiq olduğu statusu əldə edəcəyinə ümid edir.

Yubiley münasibətilə teatrın təsisçisi Nihad Qulamzadə başda olmaqla, bütün kollektiv üzvlərini təbrik edirik.

Paylaş

Oxşar materiallar

Hamısına bax
Mədəniyyət

Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Oktyabrın 14-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü, “Şöhrət” ordenli Nurəddin Mehdixanlının 70 illik yubileyinə həsr olunan “Səhnədə ömür, sənətdə əbədilik”

İlhamə Məmmədova1 dəq oxunuş