Gənclərdə innovativ düşüncə və liderlik bacarıqlarının inkişafı

Yenilənib: Noyabr 8, 2026 1:11 axşam
Gənc Novatorlar, Gənclərin Maarifləndirilməsi İctimai Birliyi tərəfindən tələbələrin innovativ düşüncə tərzinin formalaşdırılması, liderlik keyfiyyətlərinin üzə çıxarılması və təşəbbüskarlıq bacarıqlarının inkişaf etdirilməsi istiqamətində maarifləndirici təlim təşkil olunub.
Təlim zamanı gənclərlə liderliyin əsas prinsipləri, komanda işi, yaradıcı yanaşma, qərarvermə bacarıqları və yeni ideyaların reallaşdırılması imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Əsas məqsəd gənclərin potensialını üzə çıxarmaq, onların özünəinamını gücləndirmək, müasir çağırışlara yaradıcı yanaşan və cəmiyyətdə fəal mövqe tutan yeni nəslin formalaşmasına töhfə verməkdir.
Güclü gələcək düşünən, təşəbbüs göstərən və dəyişiklik yaradan gənclərlə qurulur!







