Azərbaycanın əsas kapitalına qoyulan investisiyalar səkkiz ayda 10% artıb
Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda əsas kapitala yönəldilən investisiyalar real ifadədə ötən ilin eyni dövrü ilə müqayisədə 10% artıb.

Cari ilin yanvar-avqust ayları ərzində Azərbaycanın əsas kapitalına 12 milyard 677,8 milyon manat məbləğində investisiya yönəldilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici real ifadədə ötən ilin müvafiq dövrünün nəticələrini 10% üstələyir.
İnvestisiyaların əhəmiyyətli hissəsi qeyri-neft-qaz sektorunun payına düşüb. Hesabat dövründə bu sahəyə yatırılan investisiyalar 1,4% artaraq 8 milyard 431,1 milyon manat təşkil edib.
Mənbə: report.az





