Bakıda universitetlərdə dərslər 3 gün distant olacaq
Formula 1-ə görə ali təhsil müəssisələrinin iş rejimi dəyişdirildi Bakıda keçiriləcək “Formula 1” üzrə Azərbaycan Qran-Prisi ilə əlaqədar paytaxtda fəaliyyət göstərən ali təhsil müəssisələrinin tədris rejimində dəyişiklik edilib. Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, sentyabrın 23-dən…

Formula 1-ə görə ali təhsil müəssisələrinin iş rejimi dəyişdirildi
Bakıda keçiriləcək “Formula 1” üzrə Azərbaycan Qran-Prisi ilə əlaqədar paytaxtda fəaliyyət göstərən ali təhsil müəssisələrinin tədris rejimində dəyişiklik edilib.
Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, sentyabrın 23-dən 25-dək Bakıda fəaliyyət göstərən ali təhsil müəssisələrində tədris prosesi distant (məsafədən) formada təşkil olunacaq. Bu barədə Elm və Təhsil Nazirliyinə istinadən məlumat yayılıb.
Qərarın əsas məqsədi Formula 1 yarışları zamanı paytaxtda yaranacaq hərəkət məhdudiyyətləri və nəqliyyat sıxlığının tələbə və müəllimlərin təhsil müəssisələrinə gediş-gəlişinə təsirini nəzərə alaraq tədris prosesinin fasiləsizliyini təmin etməkdir.





