30 sentyabr 2026 Bakı — USD 1.70EUR 1.9312-0.0045TRY 0.03470100×RUB 2.0118-0.0027
media.az
Azərbaycan

Gəncədə “REGİONAL EXPO GƏNCƏ 2026” sahibkarlıq sərgisi keçiriləcək

Gəncə İdman Sarayında təşkil olunacaq sərgidə 100-dən çox müəssisənin iştirakı və 10 mindən çox ziyarətçinin qatılması planlaşdırılır.

Tünzalə Məlikova1 dəq oxunuş
Mətn ölçüsü
Gəncə İdman Sarayında keçiriləcək sərgi üçün hazırlıqlar
Azərbaycan — F4Media

20-21 noyabr 2026-cı il tarixlərində Gəncə İdman Sarayında “REGİONAL EXPO GƏNCƏ 2026” Sahibkarların Təqdimat Sərgisi baş tutacaq. Tədbir Qərb regionunun dövlət və özəl müəssisələrini, eləcə də sahibkarları vahid platformada bir araya gətirəcək.

Sərgi Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə TECHERA, “Gəncə İş Adamları” İctimai Birliyi və GBARU tərəfindən təşkil olunur. Azərbaycan Dövlət Aqrar Universiteti isə tədbirin rəsmi tərəfdaşı qismində çıxış edir.

İki gün davam edəcək sərgidə 100-dən çox müəssisənin öz məhsul və xidmətlərini təqdim etməsi, 10.000-dən artıq ziyarətçinin isə tədbirə qatılması gözlənilir. Sərgi çərçivəsində B2B (biznesdən biznesə), B2G (biznesdən dövlətə) və B2U (biznesdən universitetə) formatında görüşlər keçiriləcək.

Tədbirin əsas məqsədi Bakı ilə regionlar arasında biznes əlaqələrini gücləndirmək, Qərb regionunun iqtisadi potensialını geniş auditoriyaya çatdırmaqdır. İştirakçılar investisiya imkanlarını müzakirə etmək, yeni bazarlara çıxış və ixrac potensialını araşdırmaq imkanı əldə edəcəklər.

Sərgidə stendlə iştirak etmək istəyənlər +994 10 437 55 65 nömrəsi, sponsorluq imkanları ilə maraqlananlar isə +994 70 740 88 40 nömrəsi vasitəsilə əlaqə saxlaya bilərlər. Əlavə məlumat üçün info@techera.az elektron poçt ünvanına müraciət etmək mümkündür.

Paylaş

Oxşar materiallar

Hamısına bax
Azərbaycan

Bakıda yağışlı hava sabah da davam edəcək

Milli Hidrometeorologiya Xidməti 30 sentyabr üçün hava proqnozunu açıqlayıb: ölkənin rayonlarında leysan, şimşək və dolu, yüksək dağlıq ərazilərdə qar gözlənilir. Bakı və Abşeronda əsasən yağıntısız hava

Əbdulrəhman Sadıxlı1 dəq oxunuş