Sudan hökuməti Efiopiyanın milli dialoq təşəbbüsünü rədd edib
Sudan hökuməti Efiopiyanın milli dialoq üçün platforma təklifini rədd edib. Bu barədə çərşənbə günü məlumat verilib.

Sudan hökuməti Efiopiya tərəfinin milli dialoq üçün platforma təklifini qəbul etməyib. Yayılan rəsmi açıqlamada Xartumun Efiopiyanın baş nazirinin irəli sürdüyü təşəbbüsü qəti və birmənalı şəkildə rədd etdiyi bildirilib.
Qeyd edək ki, Efiopiyanın baş naziri Abiy Əhməd sözügedən təşəbbüs çərçivəsində Sudandakı müxtəlif tərəfləri əhatə edən geniş və hərtərəfli dialoq keçirilməsinə çağırış etmişdi.
Mənbə: aawsat.com





