27 sentyabr 2026 Bakı — USD 1.70EUR 1.93290TRY 0.03470100×RUB 20
media.az
Mədəniyyət

Şəki Dövlət Dram Teatrı yeni mövsümü “Ezop”la açır

Şəki Dövlət Dram Teatrı 147-ci mövsümün açılışını sentyabrın 13-də "Ezop" tamaşası ilə edəcək.

Qurban Qurbanzadə1 dəq oxunuş
Mətn ölçüsü
Şəki Dövlət Dram Teatrının binası
Mədəniyyət — F4Media

Şəki Dövlət Dram Teatrında 147-ci mövsümün pərdələri braziliyalı dramaturq Gilyerme Fiqeyredonun məşhur “Ezop” əsəri əsasında hazırlanan eyniadlı tamaşa ilə açılacaq.

F4media.az xəbər verir ki, yeni mövsümün rəsmi açılışı 13 sentyabr saat 17:00-da baş tutacaq.

Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mirbala Səlimlidir.

Yeni mövsümün başlanması ilə əlaqədar teatr kollektivinin iştirakı ilə keçirilən görüşdə ötən mövsümün nəticələri, beynəlxalq festivalda iştirak, əldə olunan mükafatlar və yaradıcılıq uğurları müzakirə olunub. Eyni zamanda 147-ci mövsüm üçün nəzərdə tutulan əsas planlar açıqlanıb.

Teatr rəhbərliyi bütün sənətsevərləri yeni mövsümün ilk tamaşası – *“Ezop”*u izləməyə dəvət edir.

Paylaş

Oxşar materiallar

Hamısına bax