27 sentyabr 2026 Bakı — USD 1.70EUR 1.93290TRY 0.03470100×RUB 20
media.az
Azərbaycan

Bilgədə Leyla Əliyevanın təşəbbüsü ilə sahil zonasının təmizlənməsi aksiyası keçirilib

Leyla Əliyevanın təşəbbüsü ilə Bilgədə sahil ərazisinin təmizlənməsi aksiyası keçirilib. 150-dən çox könüllü 2 tondan artıq tullantı toplayıb.

Qurban Qurbanzadə1 dəq oxunuş
Mətn ölçüsü
Bilgədə sahil təmizliyi aksiyasında könüllülər çimərlikdə tullantı toplayırlar
Azərbaycan — F4Media
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — F4Media səsləndirir

Bilgə qəsəbəsində ictimai çimərlikdə sahil zonasının təmizlənməsi aksiyası keçirilib. Təşəbbüskar Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA ictimai birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva olub.

Tədbir IDEA tərəfindən çimərlik mövsümünün başa çatması ilə əlaqədar Ümumdünya Təmizlik Günü (World Cleanup Day) çərçivəsində "Qoy sahillər təmiz qalsın!" şüarı altında təşkil olunub. Aksiyada 150-dən çox könüllü iştirak edib.

İştirakçılar sahil ərazilərindən 2 tondan çox tullantı toplayıblar. Lazımi sanitariya vasitələri ilə təmin olunmuş könüllülər yığılmış zibili Balaxanılardakı "Təmiz Şəhər" MMC-nin bərk məişət tullantılarının çeşidlənməsi zavoduna təhvil veriblər.

Aksiyanın əsas məqsədi dəniz sahillərinin təmizliyinin qorunmasına yardım etmək, sahil zonalarının məişət tullantıları ilə çirklənməsi problemlərinə diqqət cəlb etmək və ictimaiyyəti dəniz və sahil ekosistemlərinin qorunmasına daha fəal cəlb etməkdir.

IDEA ictimai birliyi Xəzər dənizinin bioresurslarının qorunması, sahil ərazilərinin təmizliyinin saxlanılması və cəmiyyətdə ekoloji məsuliyyətin gücləndirilməsi istiqamətində maarifləndirici və praktiki ekoloji təşəbbüsləri müntəzəm olaraq həyata keçirir.

IDEA hamını təbiətin mühafizəsinə məsuliyyətlə yanaşmağa, sahillərin təmizliyini qorumağa və gələcək nəsillər üçün sağlam, təmiz və davamlı ətraf mühitin formalaşdırılmasına töhfə verməyə çağırır.

Paylaş

Oxşar materiallar

Hamısına bax
Bilgədə Leyla Əliyevanın təşəbbüsü ilə sahil zonasının təmizlənməsi aksiyası keçirilibF4Media səsləndirməsi