Gürcüstan Azərbaycandan pomidor idxalına xərcləri 2,5 dəfə artırıb
2026-cı ilin yanvar–avqust aylarında Gürcüstan Azərbaycandan pomidor idxalına xərcləri 2,5 dəfə artıraraq $2,71 mln-a çatdırıb.

2026-cı ilin yanvar–avqust aylarında Gürcüstan Azərbaycandan 3 790 ton pomidoru $2,71 mln məbləğində idxal edib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2,5 dəfə, həcm ifadəsində isə 2,4 dəfə çoxdur.
Gürcüstanın Milli Statistika Xidmətinin məlumatına görə, pomidor tədarükünün həcminə görə Azərbaycan Gürcüstana ixrac edən ölkələr arasında ikinci yeri tutub.
2026-cı ilin ilk səkkiz ayında Gürcüstan ümumilikdə xaricdən 20 905 ton pomidor alıb və bunun üçün $15 mln ödəyib. İllik ifadədə idxalın həcmi 6,7%, dəyəri isə 7,4% artıb.
Ən böyük tədarükçü Türkiyə olub: Gürcüstan oradan $7 mln dəyərində 9 759 ton pomidor idxal edib. Daha sonra Azərbaycan, Türkmənistan — $2,2 mln dəyərində 2 676 ton, Ermənistan — $1,55 mln dəyərində 2 383 ton və İran — $1,5 mln dəyərində 2 249 tonla qərarlaşıb.
Mənbə: report.az





