İtaliya Seutadakı böhran səbəbindən İspaniya ilə sərhəd nəzarətinin müddətini uzadıb
İtaliya Daxili İşlər Nazirliyi İspaniya ilə dəniz və hava sərhədlərində nəzarət rejiminin müddətini 15 gün uzadıb. Qərar İspaniyanın Seuta anklavına qanunsuz miqrantların kütləvi axını fonunda qəbul edilib.

İtaliyanın daxili işlər naziri Matteo Pyantedozi İspaniya ilə dəniz və hava sərhədlərində nəzarəti daha 15 gün uzatmaq barədə qərar qəbul edib. Müvafiq addım barədə İmmiqrasiya Təhlili və Sərhəd Təhlükəsizliyi üzrə Milli Komitə tərəfindən aparılan yoxlamaların nəticələrinə əsasən İtaliya DİN-i məlumat verib.
Müvafiq qurum vurğulayıb ki, sərhəd rejiminin saxlanılması potensial terrorçuların İtaliya ərazisinə sızması riskinin yüksək olması səbəbindən zəruridir. İspaniya istiqamətində nəzarət ilk dəfə iyulun 31-də İspaniyanın muxtar şəhəri Seutadakı vəziyyətlə bağlı aktual məlumatlar nəzərdən keçirildikdən sonra tətbiq edilib.
Anklavdakı miqrasiya böhranı nəqliyyat əlaqəsində axsamalara səbəb olub. Xüsusilə, avqustun 1-də insan axını səbəbindən Seuta ilə İspaniyanın əsas hissəsi arasında bərə qatnağında fasilələr yaranıb, Əlhesiras limanında isə böyük nəqliyyat və sərnişin sıxlığı meydana gəlib.
Polisin məlumatına görə, iyulun 30-dan bəri Mərakeş tərəfindən Seutaya 20 000-dən çox insan qanunsuz daxil ola bilərdi. Minlərlə miqrant sərhədi üzərək keçib və ya oradakı mühafizə çəpərlərini aşıb.
Mənbə: vedomosti.ru





